Xəzər Xəbər

Ukraynada körpünü partlatmaq istəyən şəxs saxlanılıb

Dünya | 10:47 • 19 Sentyabr 2019
Ukraynada körpünü partlatmaq istəyən şəxs saxlanılıb

Sentyabrın 19-na keçən gecə Kiyevdə odlu silahdan atəş açan və "Metro” körpüsünü partlatmaqla hədələyən şəxs saxlanılıb. Terrorçu Xüsusi Əməliyyatlar Qrupunun keçmiş hərbi qulluqçusu olub.


AZƏRTAC Ukrayna DİN-in saytına istinadla xəbər verir ki, polis əməkdaşları 4 saata yaxın davam edən əməliyyatı həyata keçirmək üçün körpüdə hərəkəti dayandırmalı olublar. Terrorçunun yaxalanması üzrə xüsusi əməliyyata hüquq-mühafizə orqanlarının 350 əməkdaşı cəlb olunub.


Terrorçunun yaxalanması və onun avtomobilində pirotexniklər tərəfindən axtarış aparılmasından sonra körpüdə hərəkət bərpa olunub.


Terrorçunu ömürlük həbs cəzasına məhkum edə bilərlər. Kiyev polisinin rəisi Andrey Krişenko deyib: "Hazırda "Terror aktının törədilməsinə hazırlıq” maddəsi ilə cinayət işi açılıb. Bu maddə baş verə biləcək insidentin nəticələrindən asılı olaraq ömürlük həbs cəzasını da nəzərdə tutur”.

Xəbər lenti