Xəzər Xəbər

Yunanıstana qaçqın axını çoxalıb

Dünya | 15:32 • 17 Sentyabr 2019
Yunanıstana qaçqın axını çoxalıb

Yunanıstana üz tutan qaçqınların sayında artım müşahidə olunur. Belə ki, sentyabr ayının iki həftəsində ölkənin adalarına təqribən 4 min qeyri-qanuni miqrant gəlib. Ekspertlərin fikrincə, belə davam etsə, ayın sonunadək yunan adalarına 9 min əlavə miqrant gələcək.


Artıq yunan adalarındakı düşərgələrdə qaçqınlar üçün yer tapılmır. Hökumət əlavə tədbirlər görsə də, vəziyyət ağır olaraq qalır. (AZƏRTAC)

Xəbər lenti