Xəzər Xəbər

Rusiyada son gündə 70 meşə yanğını qeydə alınıb

Dünya | 09:29 • 26 Avqust 2019
Rusiyada son gündə 70 meşə yanğını qeydə alınıb

Rusiyada aktiv şəkildə söndürülmüş təbii yanğınların sahəsi son bir gündə 5,9 min hektar ardıb.


Xezerxeber.az Rusiya KİV-ə istinadən xəbər verib ki, bu barədə Rusiyanın Federal Aviasiya Meşələri Mühafizəsi xəbər yayıb.


Qeyd edilib ki, bir gün əvvəl Rusiyada 50,1 min hektar ərazidə 109 meşə yanğını qeydə alınıb: "26.08.2019 tarixində Moskva vaxtı ilə 00.00-da Rusiya Federasiyası ərazisində 56082 hektar ərazidə 70 meşə yanğınları olub və aktiv söndürmə işləri aparılıb".


Regional Meşəçilik dispetçer xidmətinin məlumatına görə, Rusiyada son bir gündə 2,9 min hektar ərazidə 55 meşə yanğınları aradan qaldırılıb.

Xəbər lenti