Xəzər Xəbər

Boris Conson Avropa İttifaqına Brexit sazişini dəyişməyi təklif edir

Dünya | 13:07 • 20 Avqust 2019
Boris Conson Avropa İttifaqına Brexit sazişini dəyişməyi təklif edir

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqına Brexit barədə sazişin şərtlərini dəyişməyi təklif edib.


Xezerxeber.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Boris Consonun Avropa İttifaqı Şurasının sədri Donald Tuska məktubunda deyilir.


"Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxma vaxtı - 31 oktyabr sürətlə yaxınlaşır. Ümid edirəm ki, biz yolumuza sazişlə davam edəcəyik. Siz şəxsən bu hökumətin sazişə nail olmaq üçün daha çox enerji sərf edəcəyi və qətiyyətlə çalışacağı ilə razısınız. Bu, bizim əsas prioritetimizdir”, - Conson məktubunda belə yazıb.


Böyük Britaniyanın Baş naziri ilk növbədə "bekstop” – Brexit prosesindən sonra, keçid dövründə Şimali İrlandiya və İrlandiya arasında fiziki sərhədin qaytarılmasının qarşısının alınmasını və Şimali İrlandiyanın Avropa İttifaqı ilə vahid bazar və gömrük ittifaqında qalmasını nəzərdə tutulan mexanizmi ləğv etməyə çağırıb. Consonun iddiasına görə, məhz bu mexanizmlə bağlı problemlər səbəbindən Britaniya parlamentinin İcmalar palatası Brexit sazişini üç dəfə rədd edib.

Xəbər lenti