Xəzər Xəbər

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb

Dünya | 10:55 • 19 Avqust 2019
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb

Türkiyə hüquq mühafizə orqanları Adana şəhərində PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.


AZƏRTAC xəbər verir ki, Adana prokurorluğunun Daxili İşlər İdarəsi ilə Terrorçuluğa və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin birgə keçirdikləri əməliyyat nəticəsində FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinən 23 nəfər saxlanılıb. Saxlanılanlar aidiyyəti qurumlara təhvil veriliblər. Onların evlərində axtarış apararkən təşkilata aid bir sıra sənədlər və video materiallar ələ keçirilib.

Xəbər lenti