Xəzər Xəbər

Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdən biridir

Dünya | 10:18 • 19 Avqust 2019
Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdən biridir

Rusiyaya ən çox borcu olanMDB ölkələri Belarus, Ukrayna və Ermənistandır.

RBK xəbər verir ki, 17 dövlət Rusiyaya ümumilikdə 27 milyard dollar borc qaytarmalıdır.

Belarus, Ukrayna və Ermənistanın Rusiyaya müvafiq olaraq7,5 milyarddan çox, təqribən 3,7 milyard dollar və 300 milyon dollar borcu var.

MDB-dən kənarda isə Rusiyaya ən çox borcu ölkələr isə Venesuela və Kubadır.


Xəbər lenti