Xəzər Xəbər

İranda süni saqqal yapışdırıb stadiona keçən 6 qız cəza alacaq

Dünya | 10:01 • 18 Avqust 2019
İranda süni saqqal yapışdırıb stadiona keçən 6 qız cəza alacaq
İran futbol çempionatını izləmək üçün süni bığ və saqqal yapışdırıb stadiona keçən 6 qız həbs edilib.
AZƏRTAC xəbər verir ki, qızlardan biri "Eqtesadi cahan” (Dünya iqtisadiyyatı) qəzetinin müxbiridir. İran qanunlarına əsasən, qadının stadiona getməsi qadağandır.
Həbs olunan qızlar cinayət deyil, inzibati qaydada cəza alacaqlar.

Xəbər lenti