Xəzər Xəbər

Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar

Dünya | 18:33 • 17 Avqust 2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar

Rusiyanın Soçi şəhərindəki beynəlxalq hava limanında işləyən erməniləri kütləvi şəkildə işdən qovublar. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu işdənçıxarılmalar ilə bağlı Ermənistanın ombudsmanı Arman Tatoyan Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya müraciət edib.


Ermənilər iddia edirlər ki, rusiyalı oliqarx Oleq Deripaskanın "Bazel Aero” şirkətinə məxsus olan aeroportda erməni millətindən olan 23 şəxsi milli mənsubiyyətinə görə işdən çıxarıblar. Şirkətin mətbuat katibi Anna Şalimova isə bildirib ki, ermənilərin iddiaları həqiqətə uyğun deyil, hava limanında bir çox millətlərin nümayəndələri çalışır və işdən azad olunanlar Rusiya qanunvericiliyinə uyğun olaraq vəzifələrindən çıxarılıblar. O əlavə edib: "Lakin bir qrup şəxs milli məsələdən istifadə edərək özləri üçün xüsusi şərait yaradılmasını tələb ediblər və aeroport rəhbərliyini şantaj etməklə məşğuldurlar. Biz hesab edirik ki, bu qrup millətlərarası nifrət atmosferi yaratmaq istəyirlər”.


Soçi şəhərinin yerli mətbuatında dərc olunan xəbərlərdə isə qeyd olunub ki, keçmişdə aeroportda yüksək gəlirli vəzifələri ələ keçirən ermənilər guya milli mənsubiyyətə görə təqibə məruz qaldıqlarını bildirərək Rusiyanın müxtəlif instansiyalarını saxta bəyanatları ilə əldən salıblar. Bildirilir ki, işdən çıxarılan "əzabkeş xalqın” nümayəndələri hava limanı əməkdaşlarının cəmi 3 faizini təşkil ediblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti