Xəzər Xəbər

Çin tarixdə ilk dəfə olaraq kosmosa 3 peyk göndərib

Dünya | 15:56 • 17 Avqust 2019
Çin tarixdə ilk dəfə olaraq kosmosa 3 peyk göndərib

Çin tarixdə ilk dəfə olaraq kosmosa kommersiya məqsədli 3 peyk göndərib. 


Xezerxeber.az Sinxua agentliyinə istinadən xəbər verir ki, kosmik aparatların orbitə buraxılması "Tszelun-1” yeni raketdaşıyıcısı ilə həyata keçirilib.


Çinin Aerokosmik Elm və Texnologiyalar Korporasiyasının məlumatına görə, raketdaşıyıcının buraxılışı ölkənin şimal-qərbində yerləşən Qansu əyalətindəki Tszyutsyan kosmodromundan həyata keçirilib. Qeyd olunub ki, "Tszelun-1” yeni raketdaşıyıcısının uzunluğu 19,5 metr, diametri isə 1,2 metrdir. Çinli mütəxəssislər bildirirlər ki, çəkisi 23 tondan çox olan bu raket ölkənin yükdaşıyan raketləri arasında ən yüngülü və səmərəlisidir.


Məlumatda bildirilir ki, orbitə göndərilən aparatlardan birincisi – "Tsyanşen-1” məsafədən zondlama və darzolaqlı siqnalların ötürülməsi, ikinci mikropeyk – "Sinşiday-5” meşə, okean ərazilərinin müşahidəsi və onların kənd təsərrüfatı məqsədləri üçün Yerə göndərilməsi, üçüncü aparat – "Tyantsi-2” isə internet xidmətlərinin keyfiyyətinin artırılması üçün nəzərdə tutulub.

Xəbər lenti