Xəzər Xəbər

BMT: Şimali və Cənubi Amerikada miqrantlar arasında ölüm hallarının sayı artıb

Dünya | 14:47 • 17 Avqust 2019
BMT: Şimali və Cənubi Amerikada miqrantlar arasında ölüm hallarının sayı artıb
Venesuelada siyasi və iqtisadi xaos 2019-cu ildə ölüm hallarının xeyli artmasına şərait yaradıb.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Coel Millman avqustun 16-da bəyan edib. O deyib ki, 2015-ci ildən etibarən Venesuelanı 4 milyondan çox adam tərk edib.
Təşkilatın təsdiq etdiyi məlumata görə, bu il 89 venesuelalı ölüb. Ötən il miqrantlar arasında qeydə alınmış 384 ölüm faktı ilə müqayisədə bu il avqustun 14-dək Şimali və Cənubi Amerikada ümumən 514 ölüm faktı qeydə alınıb. Yəni, miqrantlar arasında ölüm halları xeyli artıb. BMT nümayəndəsi onu da bildirib ki, ABŞ-Meksika sərhədində ölüm hallarının səviyyəsi son 6 ildə elə də ciddi dəyişməyib və əvvəlki kimi, bir gün üçün təqribən 1 miqrant təşkil edir.
Miqrantlar arasında ölüm hallarının yarısından çoxu Karib dənizində gəmilərin qəzaya uğraması və yaxud onların çayı uğursuz keçmələri nəticəsində baş verib. Ölüm hallarının təqribən 65-i yol-nəqliyyat qəzaları nəticəsində baş verib. Təqribən 20 nəfər dəmiryolu marşrutlarında susuzlaşmadan və ya zorakılığa məruz qaldığı üçün, xəstəlikdən və ya tibbi yardımın olmamasından ölüb.

Xəbər lenti

Çox oxunanlar