Xəzər Xəbər

ABŞ-da yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

Dünya | 13:31 • 17 Avqust 2019
ABŞ-da yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

ABŞ-ın Luiziana ştatındakı New-Orlean şəhərində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. 


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı Fox News telekanalı yayıb.


Telekanalın xəbərində bildirilir ki, kiçik təyyarə New-Orlean şəhərinin Leykfront aeroportundan havaya qalxıb və bir neçə dəqiqə sonra yerə çırpılıb. Kaskadyor Frenk Auqustusun idarə etdiyi təyyarədə Fox 8 telekanalında 20 il işləmiş tanınmış jurnalist və teleaparıcı Nensi Parker də olub. O, yüksək pilotaj və kaskadyorların fəaliyyəti haqqında süjet çəkirmiş.


Qəzanın səbəbi hələ də müəyyən edilməyib. Mülki Aviasiya Agentliyi tərəfindən təhqiqat aparılır.

Xəbər lenti