Xəzər Xəbər

Oteldə dəhşətli yanğın - 8 nəfər ölüb, 10 nəfər yaralanıb

Dünya | 10:10 • 17 Avqust 2019
Oteldə dəhşətli yanğın -

Odessada yerləşən "Tokio-Star” otelində baş verən yanğın nəticəsində azı 8 nəfər ölüb, 10 nəfər yaralanıb.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, otelin ikinci mərtəbəsindən başlayan yanğın 1000 kvadratmetr sahəni əhatə edib.


Yanğının söndürülməsinə 65 xilasedici və 13 texnika cəlb olunub.


Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Xəbər lenti