Xəzər Xəbər

Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya məxsus iqtisadi zonaya çatmayıb

Dünya | 11:43 • 16 Avqust 2019
Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyaya məxsus iqtisadi zonaya çatmayıb

Avqustun 16-da səhər saatlarında Şimali Koreya tərəfindən buraxılan raketlər Yaponiyanın iqtisadi zonasına çatmayıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi Yaponiya hökumətinə istinadla məlumat yayıb.


Cənubi Koreya hərbçiləri bəyan ediblər ki, cümə günü səhər saatlarında Şimali Koreya Kanvondo əyalətindən Yapon dənizi istiqamətində iki naməlum raket buraxıb.


Yaponiya hökumətindəki rəsmi mənbələrdən sitat gətirən agentlik yazır: "Raketlərin Yaponiya ərazisinə və ya məxsusi iqtisadi zonaya çatmadığı təsdiq edilib. Hazırda Yaponiyanın təhlükəsizliyinə heç bir birbaşa təhdid yoxdur”.

Xəbər lenti