Xəzər Xəbər

Ukraynada uşaqlar arasında kütləvi zəhərlənmə baş verib

Dünya | 11:11 • 16 Avqust 2019
Ukraynada uşaqlar arasında kütləvi zəhərlənmə baş verib

Ukraynanın İvano-Frankovsk vilayətində uşaqlar arasında kütləvi zəhərlənmə olub.


AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, avqustun 15-dən 16-na keçən gecə istirahət mərkəzində baş verən zəhərlənmə nəticəsində 13 uşaq xəstəxanaya yerləşdirilib.


İlkin araşdırmalara görə, zəhərlənmə qidadan baş verib. Hazırda istirahət mərkəzində araşdırmalar aparılır. Qeyd edək ki, artıq avqust ayında Ukraynanın qərb bölgəsində qidadan 5 kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Xəbər lenti