Xəzər Xəbər

Rusiya Çinə taxta-şalban ixracını tamamilə qadağan edə bilər

Dünya | 21:16 • 15 Avqust 2019
Rusiya Çinə taxta-şalban ixracını tamamilə qadağan edə bilər

Rusiya Çinə taxta-şalban ixracını tamamilə qadağan edə bilər. 


Xezerxeber.az xəbər verir ki, bunu Rusiyanın Təbii Sərvətlər və Ekologiya naziri Dmitri Kobılkin bəyan edib.


O bildirib ki, bunun baş verməməsi üçün Pekin meşələrin qanunsuz qırılması probleminin həllinə qoşulmalıdır. Nazir "Vedomosti” qəzetinə müsahibəsində deyib: "Əgər biz Çin tərəfindən konkret addımların atıldığını görsək, bu problemin öhdəsindən gələrik”.


D. Kobılkin vurğulayıb ki, çinli həmkarlarla ciddi iş aparılır. Məsələn, Rusiya birgə seleksiya-toxumçuluq kompleksləri inşa etməyi və ağac əkməyi təklif edir.

Xəbər lenti