Xəzər Xəbər

Nikol Paşinyan baş məsləhətçisini vəzifəsindən azad edib

Dünya | 16:21 • 15 Avqust 2019
Nikol Paşinyan baş məsləhətçisini vəzifəsindən azad edib

Ermənistanın baş naziri Nikol Paşinyan baş məsləhətçisini vəzifəsindən azad edib.


Xezerxeber.az-ın "tert.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın baş naziri bununla bağlı qərar imzalayıb.


Qərara əsasən, Nikol Paşinyanın baş məsləhətçisi Aram Qaribyan 2019-cu il sentyabrın 2-dən etibarən səlahiyyətlərinin icrasını dayandıracaq.


Digər qərara əsasən, baş nazirin köməkçisi Mqer Saakyan və xarici siyasət məsələləri üzrə müşaviri Arsen Qasparyan da vəzifələrindən azad olunublar.

Xəbər lenti