Xəzər Xəbər

Tailandda binanın çökməsi nəticəsində üç fəhlə ölüb

Dünya | 17:14 • 12 Avqust 2019
Tailandda binanın çökməsi nəticəsində üç fəhlə ölüb

Tailandın turizm mərkəzlərindən olan Puket adasında inşası davam edən ikimərtəbəli binanın çökməsi nəticəsində üç fəhlə ölüb.


AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Ölənlərin hər üçü Myanmadan olan mühacir fəhlələrdir.


Hadisə yerində axtarış işləri davam etdirilir. Hələlik qəzanın başvermə səbəbləri dəqiq bilinmir.

Xəbər lenti