Xəzər Xəbər

Gürcüstanın Baş naziri Tbilisidə müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Dünya | 18:18 • 11 Avqust 2019
Gürcüstanın Baş naziri Tbilisidə müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 11-də müqəddəs Qurban bayramı münasibətilə Tbilisidəki "Cümə məscidi”ndə olub.


Xezerxeber.az xəbər verir ki, Baş nazir bütün müsəlmanları müqəddəs bayram münasibətilə təbrik edib, onlara bol ruzi, sağlam həyat və sülh arzulayıb. Qeyd edib ki, Qurban bayramı paklıq, kimsəsizlərə, imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır.


M.Baxtadze Gürcüstan dövlətinin möhkəmlənməsində və inkişafında müsəlman əhalinin rolunu xüsusi vurğulayıb, dövlətin bunu yüksək qiymətləndirdiyini deyib.


Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Yasin Əliyev çıxış edərək Baş nazirə minnətdarlıq edib, göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.


O, Gürcüstanda yaşayan azərbaycanlıların və digər müsəlmanların bundan sonra da dövlətin möhkəmlənməsinə və inkişafına xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.


Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanın Baş nazirinin müsəlmanları müqəddəs bayram münasibətilə təbrik etməsini yüksək qiymətləndirib.


Sonda Baş nazir din xadimləri ilə görüşüb, onlarla xatirə şəkili çəkdirib.

Xəbər lenti