Xəzər Xəbər

“Paksoy-I” gəmisinin girov götürülən heyət üzvləri Türkiyəyə gətiriliblər

Dünya | 16:23 • 11 Avqust 2019
“Paksoy-I” gəmisinin girov götürülən heyət üzvləri Türkiyəyə gətiriliblər

Türkiyə bayrağı altında üzən "Paksoy-I” yük gəmisinə silahlı hücum zamanı girov götürülən 10 türk dənizçisi Türkiyəyə gətirilib. Onların vəziyyətləri qənaətbəxşdir.


Xezerxeber.az xəbər verir ki, İstanbulun hava limanında dənizçiləri ailələri qarşılayıb.


Media nümayəndələrinə hadisə barədə məlumat verən dənizçilər meşənin içində daxmada saxlanıldıqlarını, yaşayış şərtlərinin çox pis olmasına və psixoloji sarsıntı keçirmələrinə baxmayaraq, fiziki cəhətdən heç bir təzyiqə məruz qalmadıqlarını bildiriblər.


Xatırladaq ki, iyulun 13-də Nigeriya sahillərinə yaxın sularda Türkiyə bayrağı altında üzən "Paksoy-I” yük gəmisinə silahlı hücum nəticəsində 18 nəfərlik heyət üzvündən 10-u girov götürülmüşdü.

Xəbər lenti