Xəzər Xəbər

Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Dünya | 14:01 • 11 Avqust 2019
Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib, onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.


Xezerxeber.az məlumatına görə, Rusiya Prezidentinin təbrik məktubu Kremlin saytında yerləşdirilib.


V. Putin bildirib ki, bu bayram insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir: "Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.


Xəbər lenti