Xəzər Xəbər

Moskvanın mərkəzində icazəsiz aksiya zamanı 136 nəfər saxlanılıb

Dünya | 10:17 • 11 Avqust 2019
Moskvanın mərkəzində icazəsiz aksiya zamanı 136 nəfər saxlanılıb

Moskva polisi şənbə günü şəhərin mərkəzində müxalifətin keçirdiyi icazəsiz aksiyada 136 nəfəri saxlayıb.


Xezerxeber.az "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə DİN-in Moskva üzrə Baş idarəsi məlumat yayıb.


"Moskvanın mərkəzində keçirilmiş icazəsiz aksiyada müxtəlif qanun pozuntuları ilə əlaqədar 136 nəfər saxlanılıb”, - hüquq-mühafizə orqanlarının açıqlamasında belə deyilir.


Qeyd edək ki, şəhərin Akademik Saxarov prospektində razılaşdırılmış mitinq-konsertdən sonra etirazçılar icazəsi aksiya keçirib.


Xəbər lenti