Xəzər Xəbər

Gürcüstan hökuməti milli azlıqlar üçün yeni dərsliklər çap etdirəcək

Dünya | 17:20 • 10 Avqust 2019
Gürcüstan hökuməti milli azlıqlar üçün yeni dərsliklər çap etdirəcək

Gürcüstan hökuməti milli azlıqlar üçün yeni dərsliklər çap etdirəcək.


AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata Gürcüstanın Milli tədris planı və resurslarının qiymətləndirilməsi idarəsinin rəhbəri Mariam Çikobava açıqlama verib.


Onun sözlərinə görə, Gürcüstanın qeyri-gürcü məktəblərinin I-VI sinifləri üçün dərsliklər Azərbaycan, rus və erməni dillərinə tərcümə olunub. Yeni dərs ilindən qeyri-gürcü məktəblərin ibtidai və aşağı sinif şagirdləri yenilənmiş dərsliklərlə təmin olunacaqlar.


"Mərhələli şəkildə bütün köhnə dərsliklər yeniləri ilə əvəz olunacaq”, - deyə M.Çikobava vurğulayıb.

Xəbər lenti