Xəzər Xəbər

Türkiyə Kiprin şimalında neft-qaz yataqlarının kəşfiyyatını dayandırmayacaq

Dünya | 16:59 • 10 Avqust 2019
Türkiyə Kiprin şimalında neft-qaz yataqlarının kəşfiyyatını dayandırmayacaq

Türkiyənin "Yavuz” geoloji kəşfiyyat gəmisi Şimali Kiprin sahillərində neft və qaz axtarışlarına başlayıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.

Onun sözlərinə görə, ərazidə 1700 metr dərinliyində quyular qazılıb.

Nazir əlavə edib ki, kəşfiyyat işləri 2,5-3 ay ərzində davam edəcək:

"Biz qanuni hüquqlarımıza uyğun olaraq qazma işlərini davam etdirəcəyik”.

Xəbər lenti