Xəzər Xəbər

Myanmada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb

Dünya | 16:52 • 10 Avqust 2019
Myanmada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb

Myanmada ötən gün baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb, təxminən 30 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Molamyayn şəhərinin Paunq qəsəbəsində baş verib. Sürüşmə nəticəsində onlarla ev palçıq axının altında qalıb. Həmin evlərdə daha çox insanın qaldığı güman olunur. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Axtarış işlərinə ağır texnika cəlb olunub.


Sürüşmə nəticəsində palçıq axını Molamyaynı ölkənin ən iri şəhəri Yanqon ilə birləşdirən magistral avtomobil yolunda hərəkətin dayanmasına səbəb olub.


Myanmada davam edən şiddətli yağışlar bir neçə çayın məcrasından çıxmasına səbəb olub. Mon və Karen ştatlarında 30 min sakin yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıblar.

Xəbər lenti