Xəzər Xəbər

Gürcüstanın milli valyutası ucuzlaşmaqda davam edir

Dünya | 16:41 • 10 Avqust 2019
Gürcüstanın milli valyutası ucuzlaşmaqda davam edir

Gürcüstanın milli valyutası ucuzlaşmaqda davam edir. Gürcüstan Milli Bankının dövriyyəyə əlavə pul kütləsi daxil etməsinə və hərracda daha aşağı kursla xarici valyuta satmasına baxmayaraq milli valyuta GEL ucuzlaşır.


Xezerxeber.az xəbər verir ki, Gürcüstan Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən, avqustun 10-da valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 2,9360 GEL-ə dəyişdirilib.


Bu gün 1 avro 3,2898, 1 funt sterlinq 3,5511 GEL-ə dəyişdirilir.


Gürcüstan kommersiya banklarında isə GEL xarici valyutalara nisbətən daha çox ucuzlaşıb.

Xəbər lenti