Xəzər Xəbər

İran və Rusiya Hind okeanında birgə hərbi təlim keçirəcəklər

Dünya | 15:46 • 10 Avqust 2019
İran və Rusiya Hind okeanında birgə hərbi təlim keçirəcəklər

İranın və Rusiyanın Hərbi Dəniz Qüvvələri Hind okeanında birgə təlim keçirəcəklər.


AZƏRTAC xəbər verir ki, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyn Hanzadə deyib.


O bildirib ki, tərəflər artıq razılıq əldə ediblər və cari ilin sonuna kimi Rusiyanın hərbi gəmiləri Hind okeanında neytral sulara daxil olduqdan sonra təlimlər başlayacaq.


Rusiya ilə İranın hərbi sahədə yüksək əməkdaşlıq əlaqələrinin olduğunu bildirən admiral hərbi təlimlərin Hind okeanının hansı hissəsində keçiriləcəyini dəqiq deməyib.


İran mətbuatı vurğulayır ki, təlimlər Hörmüz boğazı və Fars körfəzində keçiriləcək. Hər iki məntəqə İranın nəzarətindədir. Təlimlərin keçirilməsinin məqsədi ABŞ-a qarşı yönəlməyib və onun təhlükəsizliyinə təhdid yaratmır. Çünki ABŞ coğrafi baxımdan bu regiondan çox uzaqda yerləşir. Buna baxmayaraq, təlimlər ABŞ-ın Fars körfəzində müttəfiqləri ilə birlikdə İrana qarşı koalisiya yaratmaq istəyinin qarşısını almaq üçündür.

Xəbər lenti