Xəzər Xəbər

Rusiyada silah-sursat anbarında partlayış nəticəsində 19 nəfər xəsarət alıb

Dünya | 15:34 • 10 Avqust 2019
Rusiyada silah-sursat anbarında partlayış nəticəsində 19 nəfər xəsarət alıb

Rusiyanın Krasnoyarsk vilayətində silah-sursat anbarında partlayışdan sonra 19 nəfər həkimə müraciət edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Krasnoyarsk diyarı hökumətinin mətbuat xidməti məlumat yayıb. Diyarın Açinsk şəhəri yaxınlığında yerləşən hərbi sursat anbarında partlayışdan sonra şəhər administrasiyası fövqəladə vəziyyət elan edib, ətraf ərazilərdəki meşələrdə əhalinin gəzintisi qadağan olunub. Ərazidə hərbi istehkamçılar işləyirlər.


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, silah-sursat olan stellaja ildırım düşməsi nəticəsində yanğın və partlayış baş verib.


Xatırladaq ki, avqustun 5-də də həmin anbarda partlayış baş vermişdi. Nəticədə bir nəfər həlak olmuş, 13 adam yaralanmışdı. Bölgədə fövqəladə vəziyyət elan olunmuş, anbarın yaxınlığındakı yaşayış məntəqələrindən 16 mindən çox adam köçürülmüşdü.

Xəbər lenti