Xəzər Xəbər

Liviyada Qurban bayramı günlərində atəşkəs olacaq

Dünya | 12:15 • 10 Avqust 2019
Liviyada Qurban bayramı günlərində atəşkəs olacaq

Liviya Milli Barışıq Hökuməti BMT-nin Qurban bayramı günlərində atəşkəs elan edilməsi ilə bağlı təklifini qəbul etdiyini açıqlayıb. Atəşkəs paytaxt Tripoli və ətraf bölgələrdə elan ediləcək.


Xezerxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salame iyulun 29-da tərəflər arasında etimadın yaradılması, məhbus və cənazə mübadiləsi də daxil olmaqla atəşkəs təklif etmişdi.


Xatırladaq ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək məqsədilə aprelin 4-də hücum üçün göstəriş vermişdi. Beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də ona qarşı hərbi əməliyyata başlamışdı.

Xəbər lenti