Xəzər Xəbər

Texasda iki nəfəri güllələmiş iki şəxs axtarışdadır

Dünya | 11:55 • 10 Avqust 2019
Texasda iki nəfəri güllələmiş iki şəxs axtarışdadır

Hyuston şəhəri polisinin cümə günü verdiyi məlumata görə, Hyuston avtomagistralında qələbəlik zamanı iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən iki şəxsin axtarışı davam edir.


AZƏRTAC xəbər verir ki, Hyuston polisi şübhəli şəxslərin həbsinə kömək edə biləcək informasiya müqabilində 5000 dollara qədər mükafat təklif edir.


Hyuston polis idarəsi nümayəndələrinin sözlərinə görə, hadisə yerli vaxtla axşam saat 6 radələrində baş verib. Şübhəli şəxslərdən birinin avtomobili Hyustondakı I-10 avtomagistralında başqa bir avtomobillə toqquşub. Bundan sonra şübhəli şəxslərdən biri maşından çıxıb və yan tərəfdən vurulmuş o biri maşındakı adamlara atəş açıb. Cinayətkarlar hadisə yerindən qaçıb gizləniblər. Avtomobilin sərnişinləri – biri 25, digəri 33 yaşında olan iki kişi hadisə yerində keçinib. Polisin sözlərinə görə, onların maşınında narkotik maddələr aşkar edilib. Qətlin səbəbi hələlik məlum deyil.

Xəbər lenti