Xəzər Xəbər

Gürcüstan qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirib

Dünya | 14:55 • 10 Avqust 2019
Gürcüstan qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri gücləndirib

Gürcüstan hökuməti ölkəyə qeyri-qanuni gələnlərə və qanunsuz miqrasiyaya qarşı tədbirləri gücləndirib.


Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, görülən tədbirlər nəticəsində 2019-cu ilin yanvar-iyun aylarında Gürcüstandan 18 ölkədən olan 41 əcnəbi vətəndaş çıxarılıb. Hesabat dövründə altı İran, beş Misir, dörd Türkiyə, iki Anqola, iki Hindistan, iki İraq və iki Nigeriya vətəndaşı Gürcüstandan çıxarılıb.


Bundan başqa Kanada, Keniya, Özbəkistan, Ukrayna, Banqladeş, Konqo, Mərakeş, Nepal, Pakistan və Haitidən hər birindən bir vətəndaş Gürcüstandan deportasiya edilib. Gürcüstandan çıxarılan xaricilər arasında səkkiz Azərbaycan vətəndaşı da var.


Qonşu ölkədən çıxarılan əcnəbilər arasında 26-40 yaş arası kişilər üstünlük təşkil edir. (AZƏRTAC)

Xəbər lenti