Xəzər Xəbər

Kiprdə Mustafa Akıncı ilə Nikos Anastasiadis arasında görüş olub

Dünya | 09:55 • 10 Avqust 2019
Kiprdə Mustafa Akıncı ilə Nikos Anastasiadis arasında görüş olub

Kipr adasının türk icmasının lideri Mustafa Akıncı və yunan icmasının lideri Nikos Anastasiadis arasında növbəti görüş keçirilib.


Xezerxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, adanın neytral ərazisində yerləşən BMT-nin nümayəndəliyində keçirilən görüşdə Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlar axtarışı və digər mübahisəli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Tərəflər arasında BMT-nin Baş katibi Antonio Guterresin iştirakı ilə görüş keçirməyə dair ilkin razılıq əldə olunub.

Xəbər lenti