Xəzər Xəbər

Pompeo: ABŞ və Türkiyə Suriya üzrə danışıqlarda irəliləyişə nail olublar

Dünya | 09:15 • 10 Avqust 2019
Pompeo: ABŞ və Türkiyə Suriya üzrə danışıqlarda irəliləyişə nail olublar

Türkiyə və ABŞ Ankarada keçirilən danışıqlar zamanı Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi üzrə davamlı mexanizmin yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar.

Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo öz "Twitter" səhifəsində yazıb.

M.Pompeo bildirib: "Şadam ki, ABŞ və Türkiyə arasında keçirilən danışıqlar Suriyanın şimal-şərqində təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlərin həlli üzrə davamlı mexanizmin yaradılması istiqamətində əhəmiyyətli irəliləyişə nail olublar. Təhlükəsizlik zonalarının yaradılması sülh və təhlükəsizliyə nail olmaq yolunda böyük bir addım olardı".

Xatırladaq ki, ötən gün ABŞ hərbçilərindən ibarət nümayəndə heyəti Suriyada təhlükəsizlik zonalarının yaradılmasını müzakirə etmək üçün Türkiyəyə səfərə gediblər.

Xəbər lenti