Xəzər Xəbər

Belarusda S-300 kompleksi qəzaya uğrayıb

Dünya | 09:08 • 9 Avqust 2019
Belarusda S-300 kompleksi qəzaya uğrayıb

Belarusda S-300 zenit-raket kompleksi quraşdırılmış "Favorit” texnikası Polotsk şəhəri yaxınlığında qəzaya uğrayıb.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qavrusik bildirib.


S-300 texnikasının iştirakı ilə olan qəza hərbi karvanın daimi yerləşmə məntəqəsinə doğru hərəkət etdiyi zaman baş verib.


"Döyüş komplektinin olmadığı kompleks karvanın tərkibində 30 km/saat sürətilə hərəkət edirdi. Bu vaxt sürücü idarəetməni itirib”, - deyə məlumatda qeyd olunur.


Bildirilir ki, qəza nəticəsində xəsarət alan olmasa da, hərbi texnika xəndəyə düşüb.

Xəbər lenti

Çox oxunanlar