Xəzər Xəbər

Pentaqon şefi Tokioda: yaponlar vəd verdi

Dünya | 17:16 • 7 Avqust 2019
Pentaqon şefi Tokioda:

Yaponiya Baş naziri Şindzo Abe Tokioda ABŞ Müdafiə naziri Mark Esperlə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Abe iki ölkə arasında hərbi alyansın heç vaxt olmadığı qədər dayanıqlı olduğunu bildirib. O, Yaponiyanın bundan sonra da ABŞ-la hərbi müttəfiqliyini gücləndirəcəyini deyib.

Esperin bu gün həmçinin Yaponiya Müdafiə naziri Takesi İvayeylə də görüşü planlaşdırılıb.

"Kiodo” agentliyinin iddiasına görə, bu görüşdə Esper yaponlardan Hörmüz koalisiyasına qoşulmalarını istəyəcək.

Xəbər lenti