Xəzər Xəbər

“British Airways”in kompüter sistemində nasazlıq 300-ə yaxın reys təxirə salındı

Dünya | 17:04 • 7 Avqust 2019
“British Airways”in kompüter sistemində nasazlıq

Böyük Britaniyanın "British Airways” aviaşirkətinin kompüter sistemində baş vermiş texniki qüsurla əlaqədar 300-ə yaxın reys təxirə salınıb.

Trend-in məlumatına görə, problem əsasən Londonun Getvik, Hitrou və Siti hava limanlarına təsir göstərib.

Avropanın digər hava limanları da zərər çəkib.

Reyslərin ləngimələri ilə əlaqədar hava limanlarında sıxlıqlar yaranıb.

Şirkətdən verilən açıqlamaya görə, hazırda nasazlığın aradan qaldırılması üçün iş aparılır.

Xəbər lenti