Xəzər Xəbər

Kreml Putin və Zelenski arasındakı söhbətin təfərrüatlarını açıqladı

Dünya | 16:48 • 7 Avqust 2019
Kreml Putin və Zelenski arasındakı

Kreml avqustun 7-də Rusiya lideri Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığının baş verdiyi barədə məlumatı təsdiqləyib.

XəzərXəbər bildirir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, söhbət Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.

"Ukraynanın cənub-şərqindəki tənzimləmə məsələlərinin müzakirəsi zamanı, 21 iyul tarixindən etibarən başlayan atəşkəs rejiminə ciddi riayət edilməsi, tərəflərin demarkasiya xəttindən ayrılmasının vacibliyi vurğulanıb", - deyə bildirilib.

Qeyd olunur ki, söhbət zamanı Putin Donbasdakı münaqişənin kəskinləşməməsi üçün bölgədəki yaşayış məntəqələrinin Ukrayna qoşunları tərəfindən atəşə tutulmamasının və nəticədə mülki vətəndaşlar arasında tələfatın baş verməməsinin vacibliyi vurğulanıb.

Özlərini müstəqil elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarına xüsusi status verilməsinin hüquqi aspektləri də daxil olmaqla, Minsk razılaşmalarının ardıcıl şəkildə həyata keçirilməsinin kritik əhəmiyyəti də təsdiqlənib.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyi avqustun 6-da Donbasda Ukrayna mövqelərinin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrin 4 hərbçisinin həlak olduğunu açıqlayıb.

Xəbər lenti