Xəzər Xəbər

Baş nazir İmran Xan Hindistan-Pakistan müharibəsi ilə bağlı xəbərdarlıq etdi

Dünya | 15:21 • 7 Avqust 2019
Baş nazir İmran Xan Hindistan-Pakistan müharibəsi ilə bağlı
Baş nazir Pakistan parlamentində çıxışı zamanı Hindistanla yaxşı əlaqələrin yaradılmasını istədiyini dilə gətirib, amma qarşı tərəfin belə bir xoş niyyətə malik olmadığını deyib.


"Pakistanla Hindistanın müharibəsində heç kim qalib gəlməyəcək. Bu müharibə bütün dünyanı təsir altına alacaq. Əgər dünya ictimaiyyəti ölkəsində heç bir daxili və beynəlxaq hüquqlara riayət etməyən bir dövlət haqda tədbir görmürsə, bu mənfi nəticələrə gətirib çıxaracaq."

XəzərXəbər SalamNews-a istinadla xəbər verir ki, bunu Pakistan baş naziri İmran Xan Kəşmir bölgəsinin hüquqi statusunun Hindistan hökuməti tərəfindən ləğv edilməsinə münasibət bildirərkən deyib.

Baş nazir Pakistan parlamentində çıxışı zamanı Hindistanla yaxşı əlaqələrin yaradılmasını istədiyini dilə gətirib, amma qarşı tərəfin belə bir xoş niyyətə malik olmadığını deyib.

"Onların bizim xoş niyyətimizə qarşı ilk addımı Pakistanda terror qruplarının olduğunu iddia etmək və bu barədə şikayət etmək idi. Növbəti addımları Şanxay toplantısında, dünən isə Kəşmirlə bağlı qəraraları." deyə Pakistan baş naziri iki ölkə arasında müharibə ilə bağlı xəbərdarlıq edib və dünya ictimaiyyətini rəsmi Dehlinin qərarlarına qarşı hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Hindistan hökuməti Cammu və Kəşmirin muxtariyyətini ləğv edib. Bu qərarın Hindistan parlamentində qəbul ediləcəyi gözlənilir. Rəsmi Dehlinin qərarından sonra bölgədə gərginlik artıb.


Xəbər lenti