Xəzər Xəbər

Zelenski Türkiyəyə gəlir

Dünya | 17:48 • 6 Avqust 2019
Zelenski Türkiyəyə gəlir

Ukraynanın prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək.

Prezident türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 7-8 avqustda Ankarada rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Ukrayna münasibətləri nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Görüşlərdə ikili münasibətlərlə yanaşı, Qara dəniz bölgəsində sülh və sabitliyin qorunması da daxil olmaqla, regional və beynəlxalq mövzularda fikir alış-verişi aparılacaq.

Zelenski daha sonra İstanbulda müxtəlif görüşlərə qatılacaq./publika.az

Xəbər lenti