Xəzər Xəbər

Obama və Klintona bomba göndərən şəxsə AĞIR CƏZA

Dünya | 12:13 • 6 Avqust 2019
Obama və Klintona bomba göndərən şəxsə AĞIR CƏZA

ABŞ məhkəməsi amerikalı rəsmilərə partlayıcı qurğular göndərən Respublikaçılar partiyasının rəsmi nümayəndəsi Sizar Sayak barədə qərar verib.

CNN xəbər verir ki, o, 20 il azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi davam edir. Ona ömürlük həbs cəzasının verilməsi tələb olunur. Günahını etiraf edən 56 yaşlı müttəhim, rəsmilərə zərər vermək niyyətində olmadığını iddia edib.

Qeyd edək ki, Sayak prezident Donalda Trampa müxalif olan keçmiş prezident Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton o cümlədən iş adamı Corc Soros və digər şəxslərə kustar üsulla hazırlanmış partlayıcı qurğular göndərib. Poçtla göndərilən partlayıcı qurğulardan heç bir işə düşməyib./Redaktor.az

Xəbər lenti