Xəzər Xəbər

Qasırğa səbəbi ilə Batumidə "qırmızı xəbərdarlıq" elan edildi

Dünya | 17:38 • 5 Avqust 2019
Qasırğa səbəbi ilə Batumidə "qırmızı xəbərdarlıq" elan edildi

Gürcüstanın Acarıstan Muxtar Respublikasından güclü yağış fəsadlara səbəb olub.

XəzərXəbər-in apa.az-a istinadən verdiyi xəbərə görə, ötən gecə Gürcüstan Daxili İşlər Nazirliyinin qaynar xəttinə güclü yağışla əlaqədar 45 yardım mesajı daxil olub.

Evlər su ilə dolub, bundan başqa, Batuminin bir sıra küçələrində drenaj sisteminin işləməməsi nəticəsində avtomobil yollarında daşqın yaranıb.

Eyni zamanda çətin hava şəraiti Qara dənizin Batumi sahilində qasırğaya səbəbolub. Qasırğa səbəbi ilə "qırmızı xəbərdarlıq" elan edilib və çimərliklərdən istifadə qadağan olunub.

Xəbər lenti