Xəzər Xəbər

Tramp Ərdoğana son təklifini göndərəcək: Əgər qəbul edilməsə, 2 həftə içində...

Dünya | 14:53 • 5 Avqust 2019
Tramp Ərdoğana son təklifini göndərəcək:

ABŞ Türkiyəyə təhlükəsiz bölgənin yaradılması üçün son təklifini verəcək.

Bu iddia "Vaşinqton Post”un "ABŞ Suriyanın şimalındakı türk işğalının qarşısını almaq üçün son həmləsini etdi” başlıqlı məqaləsində yer alıb.

Xəbərə görə, Donald Tramp Administrasiyası gözləyir ki, bu təklif qəbul edilməsə, Türkiyə 2 həftə içində Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaq.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bu gün təklifi türkiyəli həmkarlarına təqdim edəcək.

Təklif paketində bunlar yer alıb:

- Təhlükəsiz bölgə (14-15 km) uzunluğunda olacaq.

- Türkiyə-Suriya sərhəd xətti boyunca (140 km) uzunluğunda xətt formasında yaradılacaq (bu təklifə görə, YPG terror təşkilatının Kandil və Sincar şəhərləri ilə əlaqəsi kəsilmir).

- PKK/YPG terror təşkilatına aid silahlar yox ediləcək.

- Təhlükəsiz bölgəyə türk və amerikalı əsgərlər ortaq nəzarət edəcək.

Türkiyənin istəyi isə bu formadadır:

- Təhlükəsiz bölgə 32 km uzunluğunda olacaq.

- Təhlükəsiz bölgədə sadəcə Türkiyə olacaq.

- YPG-nin bütün ağır və yüngül silahları toplanacaq.

- 460 km sərhəd xətti buraya daxil edəcək (bu təklifə görə, YPG terror təşkilatının Kandil və Sincar şəhərləri ilə əlaqəsi kəsilir).

Xəbərdə diqqət çəkən daha bir nöqtə isə Türkiyənin əməliyyata başlaması təqdirində Tramp hökumətinin YPG-ni qanuni şəkildə qorumaq səlahiyyətinin olmamasının bildirilməsidir.

Publika.az

Xəbər lenti