Xəzər Xəbər

Xərçəng xəstəsi olan Əsma Əsəddən xəbər var

Dünya | 14:36 • 5 Avqust 2019
Xərçəng xəstəsi olan Əsma Əsəddən xəbər var

Suriya prezidenti Bəşər Əsədin xərçəng xəstəsi olan xanımı Əsma Əsəd səhhəti ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo” xəbər verir ki, 2018-ci ilin avqustunda süd vəzi xərçəngi diaqnozu qoyulan birinci xanım xəstəliyinin öhdəsindən gəlib və tamamilə sağalıb. Bu barədə o, dövlət televiziyasına açıqlamasında deyib: "Yolun sonuna gəldim. Bütün yorğunluğum, ağrım bitdi. Allaha şükür, hamısı qurtardı. Tamamilə, xərçəngə qalib gəldim”.

Əsma Əsədin kimyəvi terapiyası davam edir.

Prezidentin xanımının sağalması xəbəri rəsmi dövlət saytında da elan edilib.

Xəbər lenti