Xəzər Xəbər

Müharibə başlayır, insanlar evlərini tərk edir İki nüvə dövləti DÖYÜŞƏ HAZIRLAŞIR

Dünya | 13:39 • 5 Avqust 2019
Müharibə başlayır, insanlar evlərini tərk edir
Hindistan və Pakistan arasında müharibə təhlükəsi yenidən gündəmə gəlib.

Buna səbəb Hindistanın Kəşmirin muxtar vilayət olmasını təmin edən 370 nömrəli maddəni ləğv etməsidir.

Qanunun ləğvi məsələsi parlamentdə müzakirəyə çıxarılıb. Müxalifətçi deputatlar buna qarşı çıxıblar, lakin Daxili işlər naziri Amit Şah bildirib ki, bu, ilk dəfə deyil, 1952 və 1962-ci illərdə də eyni proses baş verib və parlament 370 nömrəli maddəni ləğv edib, buna görə də etiraz etmək əvəzinə, icazə verin, suallarınızı cavablandırım.

Maddənin ləğv edilməsindən sonra Kəşmirdə qarşıdurma başlayıb. Hindistan bölgədə fövqəladə vəziyyət elan edib. Kəşmirin iki keçmiş rəhbəri Omar Abdullah və Mehbooba Mufti həbs olunub. Hindistan ötən həftə Kəşmirə 35 min əsgər yerləşdirib.

Pakistan bəyan edib ki, Hindistanın Kəşmirə istənilən müdaxiləsi müharibə üçün səbəb olacaq.

Artıq Kəşmirdə Hindistan polisinin mülki şəxslərə atəş açdığı və bir qadının yaralandığı haqda məlumatlar var. Bu hadisələrdən sonra sərhədə yaxın ərazilərdəki pakistanlıların bir qismi evlərini tərk etməyə başlayıblar, digər qismi sığınacaqlarda gizləniblər./publika.az

Xəbər lenti