Xəzər Xəbər

Çini vergilərə boğarıq - Tramp

Dünya | 17:29 • 2 Avqust 2019
Çini vergilərə boğarıq - Tramp

"Ticarət sazişi əldə olunana qədər Çini vergilərə boğarıq”.

ABŞ prezidenti Donald Tramp belə açıqlama verib. O, bildirib ki, Pekin bəzi məsələlər üzrə razılığa gəlsə də, şərtləri yerinə yetirmir:

"3 ay əvvəl Çinlə razılıq əldə etdiyimizi güman edirdik. Lakin imzalanma ərəfəsində Çin yenidən müzakirə aparmaq istədiyini açıqladı. Bizdən kənd təsərrüfatı məhsullarına alacaqlarını desələr də, almadılar”.

Qeyd edək ki, sentyabr ayının 1-dən ABŞ Çindən idxal olunan məhsullar 10 faiz əlavə veri tətbiq edəcək. Bu, ümumilikdə 300 milyard dollar deməkdir.

 /Redaktor.az

Xəbər lenti