Xəzər Xəbər

Çamadandan çılpaq cəsədi çıxan məşhurun sevgilisindən qan donduran etiraf

Dünya | 16:37 • 2 Avqust 2019
Çamadandan çılpaq cəsədi çıxan məşhurun sevgilisindən

Rusiyada sevgilisi tərəfindən öldürüldükdən sonra cəsədi çılpaq halda çamadana atılan 24 yaşlı instaqram ulduzu Yekaterina Semoçkinanın qətlində yeni təfərrüat məlum olub.

Fenomenin 33 yaşlı sevgilisi Maksim Qarayev ifadəsində Yekaterina yataqdakı performansını bəyəndiyini deyərək onu alçaldıb. Sevgilisinin tənqidlərinə tab gətirə bilməyən Maksim onu öldürmək qərarına gəlib. Maksim ifadəsində onu da bildirib ki, Semoçkina bundan əvvəl də onu dəfələrlə təhqir edib.

"Cinsəl performansımdan üzümün görüntüsünə, maddi vəziyyətimə qədər hər məsələdə məni təhqir edib. Dözmədim".

Dəhşətli cinayətin detallarını izah edən Qarayev sevgilisini sinəsindən və boynundan ən az 5 dəfə bıçaqladığını da etiraf edib. Törətdiyi əməlindən peşman olduğunu söyləyən Maksim araşdırmaya yardım edəcəyini deyib.

Qeyd edək ki, qan donduran cinayət Yekaterina Semoçkinanın ana və atasının Moskvadakı mənzilinə gəlməsi ilə üzə çıxıb. Qızları əlləri və ayaqları bağlanmış halda çamadana qoyulub.

Semoçkinanın dostları isə Qareyevin çox qısqanc olduğunu ifadə edərək, maddi vəziyyətinin pisləşməsindən sonra cütlüyün münasibətlərinin pozulduğunu söyləyib.

Qarayevin sözlərinə görə, sevgilisi 52 yaşında zəngin kişi ilə görüşürmüş. Yekaterina onunla birlikdə Hollandiyaya getməyi planlaşdırırmış.

Onu da bildirək ki, Yekaterina Semoçkina tibb üzrə təhsil alıb. O, ixtisasca dermatoloq olub./publika.az

Xəbər lenti