Xəzər Xəbər

Qvineyada ildırım altı uşağı öldürdü

Dünya | 12:13 • 2 Avqust 2019
Qvineyada ildırım altı uşağı öldürdü

Qvineyada 6 uşağı ildırım vurub öldürüb, iki nəfər yaralanıb.

"RİA Novosti”xəbər verir ki, hadisə ölkənin şimal-şərqində Sigiri prefekturasında baş verib.

Şahidlərin sözlərinə görə, bir qrup uşaq manqo ağacının altında yığışıb, çaydəmləyirdilər. Bu zaman onları ildırım vurub.

Qonşular hadisə yerinə uşaqların köməyinə gələndə artıqonlardan 6-sıdünyasını dəyişmişdir. Digər 2 uşaq xəstəxanaya çatdırılıb./oxu.az

Xəbər lenti