Xəzər Xəbər

ABŞ İrana hücum etsə, iki ölkə yerlə-yeksan olacaq - QORXUNC SSENARİ

Dünya | 11:22 • 2 Avqust 2019
ABŞ İrana hücum etsə, iki ölkə yerlə-yeksan olacaq - QORXUNC SSENARİ

Yaxın Şərqdə terrorizmi maliyyələşdirən Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd İbn Zahidin Səudiyyə Ərəbistanı ilə ittifaqı pozub İrana yaxınlaşmasının səbəbi ortaya çıxıb.

İyun ayındakı əmirlər toplantısında Dubay əmiri Məhəmməd ibn Rəşid əl Maktum vəliəhd şahzadənin xarici siyasətini sərt tənqid edib və "BƏƏ-yə bir raket düşərsə, bütün xarici sərmayəçilər ölkədən qaçar” sözlərini deyib. O bildirib ki, tez bir zamanda hücumçu və müdaxiləçi siyasətdən imtina edilməli və xərclənən milyonlarla dolların qarşılığı alınmalıdır.

"Sudan və ya Liviyada rejim dəyişsə belə, hansı işimizə yarayacaq? ABŞ-ın İranı vurmasına ümid bağlayırsınız, amma Tehran onların PUA-sını vurduqdan sonra belə Tramp dialoqa çağırdı. Deyək ki, ABŞ İranı vurdu. O zaman İran kimə hücum edəcək? İran birbaşa və ya Husilər vasitəsilə BƏƏ və Səudiyyə Ərəbistanına hücum edəcək. BƏƏ-yə bir raket düşsə belə, bütün sərmayəçilər ölkədən qaçar. Ölkəmizdəki asiyalı işçiləri belə burada saxlaya bilmərik” – Dubay əmiri bildirib.

BƏƏ-nin İran siyasətindəki dəyişimlə bağlı ilk addım ötən gün olub. İki ölkə arasında 6 ildən sonra keçirilən ilk Ortaq Sahil Təhlükəsizliyi toplantısı üçün Tehrana səfər edən BƏƏ heyəti və İran İnqilab Keşikçiləri arasında razılaşma imzalanıb./publika.az

Xəbər lenti