Xəzər Xəbər

Rays Ukraynanın NATO-ya üzvlük şanslarını açıqladı

Dünya | 10:38 • 2 Avqust 2019
Rays Ukraynanın NATO-ya üzvlük şanslarını açıqladı

ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays Ukraynanın NATO-ya üzvlük imkanlarını qiymətləndirib.

Ukrayna KİV-inə müsahibə verən diplomat hazırda bunun təsəvvür edilmədiyini deyib.

ABŞ-ın keçmiş dövlət katibinin fikrincə, Kiyev Şimali Atlantik ittifaqına formal girişə cəhd etməməli, NATO-nun tədbirlərinə qatılmalı, məsələn, kibertəhlükəsizlik üzrə imkanlardan istifadə etməlidir.

"Bu, Ukrayna üçün yaxşı variant olardı”, - o qeyd edib.

Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko bu ilin fevralında ölkənin NATO və Avropa İttifaqına üzvlük kursunu möhkəmləndirən Konstitusiya dəyişiklikləri imzalayıb. Yanvarda isə xarici işlər naziri Pavel Klimkin etiraf edib ki, yaxın vaxtlarda Ukrayna NATO və Avropa İttifaqına daxil ola bilməyəcək. Onun sözlərinə görə, bu orta müddətli perspektiv məsələsidir./publika.az

Xəbər lenti