Xəzər Xəbər

Hərbi paradda PARTLAYIŞ 35 nəfər öldü, yüzlərlə yaralı var

Dünya | 13:16 • 1 Avqust 2019
Hərbi paradda PARTLAYIŞ

Yəmənin Ədən şəhərində hərbi parada hücum təşkil edilib.

BBC xəbər verir ki, ərazinin ballistik raket və pilotsuz uçuş aparatı ilə hədəfə alınması nəticəsində azı 35 nəfər həlak olub. Çox sayda yaralı var. Hücuma görə məsuliyyəti Husi üsyançıları üzərinə götürüb.

Qeyd edək ki, Ədən şəhəri Husi üsyançılarına qarşı mübarizə aparan birləşmiş qüvvələrin nəzarətindədir./redaktor

Xəbər lenti