Xəzər Xəbər

Rusiyadan ABŞ-a sərt xəbərdarlıq: əgər raketləri Avropaya göndərsə...

Dünya | 12:43 • 1 Avqust 2019
Rusiyadan ABŞ-a sərt xəbərdarlıq:

ABŞ Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması çərçivəsində qadağan olunan nüvə raketlərini Avropaya yerləşdirsə, Rusiya hərəkətə keçəcək.

Bunu Rusiya Xarici işlər nazirinin köməkçisi Sergey Ryabkov deyib.

Paytaxt Moskvada jurnalistlərlə görüşən nazir müavini bildirib ki, ABŞ və NATO beynəlxalq təhlükəsizliyə məsuliyyətsiz şəkildə yanaşır.

Qeyd edək ki, ABŞ daha əvvəl sözügedən razılaşmadan birtərəfli qaydada geri çəkiləcəyini açıqlayıb. Razılaşma 500-5500 km mənzili olan raketlərin istehsalı və istifadəsini qadağan edir./publika.az

Xəbər lenti